Əsas məzmuna keç
Azərbaycan Deflimpiya Komitəsi

Xəbərlər

Komitənin xəbərləri, elanları və hesabatları.

Komitədən

Deflimpiya Komitəsi və Azərbaycan Atıcılıq Federasiyası arasında Memorandum imzalanıb

2024-cü il 22 avqust tarixində Azərbaycan Respublikası Deflimpiya Komitəsi və Azərbaycan Atıcılıq Federasiyası arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Görüşdə Deflimpiya Komitəsi tərəfindən baş katib Namiq Novruzov, idarə heyətinin üzvü Sahib Gülməmmədov və idman şöbəsinin əməkdaşı Asxab Kalayev, Azərbaycan Atıcılıq Federasiyası tərəfindən isə federasiyanın vitse-prezidenti Zemfira Meftaxetdinova, vitse-prezident Tofiq Bəylərov, baş katib Emin Cəfərov, baş məşqçi İradə Aşumova və mətbuat katibi Günel Salayeva iştirak etmişdirlər.  Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov çıxışında beynəlxalq deflimpiya hərəkatı və Beynəlxalq Karlar İdman Komitəsi barədə ümumi məlumatı təqdim edib. Eyni zamanda, Azərbaycan Deflimpiya Komitəsinin eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb olunmasının kütləviliyinin təmin edilməsinin, onların idman vasitəsi ilə sosial həyata inteqrasiya etməklərinin dəstəklənməsi istiqamətində görülən işlər və planlar barəsində məlumat verərək Atıcılıq Federasiyası ilə də qarşılıqlı əməkdaşlığın gələcəkdə yeni uğurlara təməlini qoyacağına inandığını bildirib. Bununla əlaqədar keçirilən görüşdə çıxış edən AAF-ın vitse-prezidenti Zemfira Meftaxetdinova bildirib ki, tərəflər arasında əməkdaşlıq inklüziv idmanın inkişafı istiqamətində mühüm addımdır. Həmçinin, Zemfira xanım qeyd edib ki, imzalanan Memorandum mövcud əməkdaşlığın genişləndirilməsinə, idman əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsinə əlavə imkanlar açır. Daha sonra baş katib Emin Cəfərov çıxış edərək, Federasiya tərəfindən eşitmə məhdudiyyətli şəxslərin atıcılığın hər iki növünə cəlb edilməsi, Bakı Atıcılıq Mərkəzində keçirilən təlim-məşqlərdə, bir çox aktiv fəaliyyətlərdə iştirak etməsi, peşəkar müəllimlər tərəfindən xüsusi dərslərin keçirilməsi və onların yarışlara hazırlığı zamanı lazım olan avadanlıqların və infrastrukturların təmin edilməsi üçün hər cür şəraitin yaradılacağını vurğulayıb. AAF-ın vitse-prezidenti Tofiq Bəylərov isə bildirib ki, birgə əməkdaşlıq çərçivəsində atıcılıq idman növünə marağı və bacarığı olan eşitmə məhdudiyyətli şəxslərin cəlb edilməsi məqsədilə müxtəlif məktəb və tədris mərkəzlərində infosessiyalar, məlumatlandırma kampaniyaları təşkil ediləcək. Memoranduma əsasən hər iki qurum ölkədə deflimpiya hərəkatının inkişafı, eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi və bu istiqamətdə inkişafın təmin edilməsi üçün birgə təkliflərin işlənib hazırlanması, görüşlərin, layihələrin, maarifləndirici işlərin həyata keçirilməsi kimi sahələrdə qarşılıqlı fəaliyyət göstərəcəklər.  

Daha ətraflı
Komitədən

Deflimpiya Komitəsinin təşkilatçılığı ilə jest dili təlimləri keçirilmişdir

Azərbaycan Respublikası Deflimpiya Komitəsinin təşkilatçılığı ilə jest dili təlimləri keçirilmişdir. Avqust ayı ərzində Komitənin müxtəlif idman növləri üzrə məşqçilərinə ilkin ünsiyyət qaydaları və idman terminləri ilə bağlı jest dili təlimləri keçirilmişdir. Təlimin əsas məqsədi fiziki və taktiki hazırlıq məşqləri zamanı eşitmə məhdudiyyətli idmançı və məşqçi heyəti ilə ünsiyyətin təmin edilməsidir.

Daha ətraflı
Komitədən

Deflimpiya Komitəsi və “Səssiz Dünya” İctimai Birliyi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb

Azərbaycan Respublikası Deflimpiya Komitəsi və “Səssiz Dünya” İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memoranduma əsasən hər iki qurum ölkədə deflimpiya hərəkatının inkişafı, eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi və bu istiqamətdə inkişafın təmin edilməsi üçün birgə təkliflərin işlənib hazırlanması, görüşlərin, layihələrin, maarifləndirici işlərin həyata keçirilməsi kimi sahələrdə qarşılıqlı fəaliyyət göstərəcəklər.

Daha ətraflı
Komitədən

Karate üzrə idmançılarımız "Russia Open" beynəlxalq turnirində iştirak edir

İdmançılarımız Səma Tağızadə və Elnur Qasımzadə 27-28 iyul 2024-cü il tarixlərində Rusiyanın Soçi şəhərində keçirilən turnirdə iştirak edərək öz məharətlərini göstərəcək. Qeyd edək ki, sözügedən beynəlxalq turnir cari ilin 15-20 dekabr tarixlərində Malayziyada eşitmə məhdudiyyəti idmançılar arasında karate üzrə keçiriləçək Dünya Çempionatının hazırlıq mərhələsinin bir hissəsidir.

Daha ətraflı
Komitədən

Azərbaycan Deflimpiya Komitəsində yeni təyinat olub

Namiq Novruzov Azərbaycan Deflimpiya Komitəsinin baş katibi təyin edilib. Namiq Novruzov 1978-ci ildə Bakıda anadan olub. ABŞ-nin Tumvater orta məktəbini və Centralia Kollecində təhsilini bitirdikdən sonra, müxtəlif illərdə Bakı Dövlət Universitetində (bakalavr), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (bakalavr), Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasında (magistr) və UNITAR / İspaniyanın Oberta de Catalunya Universitetində (magistr) təhsil alıb. N.Novruzov 1999-cu ildən əmək fəaliyyətinə başlayıb və 25 ildən çox dövlət və özəl sektorda mühüm vəzifələrdə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin protokol xidməti sektorunun Baş məsləhətçisi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri) çalışıb. Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hüdudlu Sazişi (EPAS) qurumunun İdarə Heyətinin və həmin qurumun Avropa ölkələrinin İdman Xartiyasına uyğunluğunu monitorinq edən Qiymətləndirmə Qrupunun üzvü, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) gənclər və idman sahəsinə dair Məşvərət Komitəsinin üzvü və Birləşmiş Millətlər Təşkilatının müvafiq idman proqramında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndəsi olub. Həmçinin, Bakı 2015 Avropa Oyunları, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının təşkilində yaxından iştirak edib.

Daha ətraflı
Komitədən

Deflimpiya Komitəsi və Azərbaycan Karlar Cəmiyyəti arasında Memorandum imzalanıb

Deflimpiya Komitəsi və “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyi arasında Memorandum imzalanıb.  Komitə eşitmə məhdudiyyətli şəxslər üçün əlçatan və sağlam idman mühitinin formalaşdırılması, idman tədbirlərinin təşkili və ictimaiyyətə təbliği, eşitmə məhdudiyyətli şəxslərin, həmçinin bu kateqoriyadan olan idmançıların bacarıqlarının artırılması məqsədilə Ictimai Birliklə əməkdaşlıq və tərəfdaşlıq edəcək. Memorandum Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyətinin Prezidenti Anar Bayramov və “Azərbaycan Karlar Cəmiyyəti” İB-nin İdarə Heyətinin Prezidenti Bəhrəm Hüseynov tərəfindən imzalanıb.

Daha ətraflı
Komitədən

Deflimpiya hərəkatı bu il 100 yaşını qeyd edir!

Tarixdə ilk dəfə eşitmə məhdudiyyətli şəxslər arasında yarışlar 1924-cü ildə Fransanın paytaxtı Paris şəhərində keçirilib. Deflimpiya oyunları əlilliyi olan şəxlər arasında keçirilən ilk beynəlxalq yarış kimi də tarixə düşüb. 100 ildir ki, eşitmə məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olan, bərabərliyi təbliğ edən Deflimpiya hərəkatı “İdman vasitəsilə bərabərlik” şüarı ilə fəaliyyətinə davam edir. Ölkəmizdə də yeni yaradılan Azərbaycan Respublikası Deflimpiya Komitəsi eşitmə məhdudiyyətli şǝxslǝri idmana cǝlb edǝrǝk, onları beynǝlxalq arenaya çıxarmaq, peşǝkar idmançılar, mǝşqçilǝr vǝ hakimlǝr yetişdirmǝk məqsədini daşıyır.

Daha ətraflı
Komitədən

Eşitmə məhdudiyyətli idmançılarla görüş keçirilib

Azərbaycan Deflimpiya Komitəsinin İdarə Heyəti üzvləri Sumqayıt Olimpiya İdman Kompleksində eşitmə  məhdudiyyətli idmançılarla görüşüb. Görüşdə “Səssiz Dünya İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək” İB-nin nümayəndələri və beynəlxalq dərəcəli qrossmeyster Zeynəb Məmmədyarova da iştirak edib. İdarə Heyəti üzvləri Komitənin fəaliyyət istiqamətləri və idmançılarla gələcək əməkdaşlığın perspektivləri barədə məlumat veriblər. Qeyd edək ki, Azərbaycan Deflimpiya Komitəsi eşitmǝ mǝhdudiyyǝtli şǝxslǝri idmana cǝlb edǝrǝk, onları beynǝlxalq arenaya çıxarmaq, peşǝkar idmançılar, mǝşqçilǝr vǝ hakimlǝr yetişdirmǝk məqsədini daşıyır.

Daha ətraflı
Komitədən

Komitə heyəti Gənclər və idman naziri Fərid Qayıbov ilə görüşüb

2023-cü il 26 dekabr tarixində Azərbaycan Deflimpiya Komitəsinin Prezidenti Anar Bayramov, İdarə heyətinin üzvləri Gənclər və idman naziri Fərid Qayıbov ilə görüşüb. Görüş zamanı komitənin inkişafı, fəaliyyət istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib. Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Deflimpiya Komitəsinin idarə heyətinin üzvləri Yalçın Niftiyev, Səidə Babazadə, Sahib Gülməmmədov, Cəmilə Abdulova, Sevgiyə Qasımova və Nərgiz Abdulova da iştirak ediblər.

Daha ətraflı