Azərbaycan Deflimpiya Komitəsi eşitmə məhdudiyyətli şəxsləri idmana qoşulmağa dəvət edir. Daha yaxşı eşidən qulaqda ən azı 55 dB PTA eşitmə itkisi olan hər kəs müraciət edə bilər. Müraciəti idmançının özü və ya valideyni (qəyyumu) göndərə bilər.
İlkin mərhələdə aşağıdakı sənədlərin təqdim edilməsi mütləqdir:
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Daha yaxşı eşidən qulaqda ən azı 55 dB PTA eşitmə itkisini təsdiq edən audioqram (500, 1000 və 2000 Hz-də 3 ton tezlikdə, ISO 1969 standartına uyğun);
- Həkimdən (ümumi praktik həkimdən) sağlamlıq haqqında arayış.
Sənədlər təqdim edildikdən sonra müraciətlərə Komitə tərəfindən baxılacaqdır.