Azərbaycan Respublikası Deflimpiya Komitəsi “Bədən tərbiyəsi və idman haqqında” Qanuna müvafiq olaraq eşitmə qabiliyyəti məhdud olan şəxslər arasında bədən tərbiyəsini və idmanı inkişaf etdirmək, onların sosial həyata inteqrasiyasını təmin etmək məqsədi ilə yaradılıb.
Komitənin məqsədi eşitmə qabiliyyəti məhdud olan şəxslərin idmana və bədən tərbiyəsinə kütləvi şəkildə cəlb olunmasını təmin etmək, idmançılarımızın Deflimpiya Oyunlarında və digər beynəlxalq arenalarda Azərbaycanı uğurla təmsil etməsinə nail olmaqdır.
Komitə Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, milli idman federasiyaları və digər qurumlarla əməkdaşlıq edərək Deflimpiya hərəkatının inkişafına töhfə verir.